Güney Azərbaycan milli fəalı yenidən məhkəməyə çağırıldı

 

Abbas Lisanini məhkəmələrlə qorxu altında saxlamaq istəyən mollakrat rejimin oyunları davaç edir

Ötən avqust ayında Güney Azərbaycanın Əhər şəhərində keçirilən kütləvi məhkəmədə mühakimə olunan fəallardan biri olan Abbas Lisanidən 3 gün ərzində Ərdəbil məhkəməyə gəlməsi istənilib. Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalına göndərilən yazılı çağırışda müəyyənlənmiş möhlətdə məhkəməyə müraciət etmədiyi təqdirdə “qanunlara uyğun” qərar veriləcəyi yazılıb. Çağırış vərəqəsinin surəti sosial media və bəzi internet portallarında nəşr edilib.

Qeyd edək ki, Abbas Lisani son 15 il ərzində dəfələrlə həbs və mühakiməyə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin zindanlarında illərlə həbsdə saxlanılıb.

O, həmçinin ötən avqust ayında Əhər şəhərində kütləvi şəkildə mühakimə olunan təqribən 40 türk dil haqları fəalı arasında olub. Əhər Məhkəməsi 2014-cü ilin fevral ayında Dünya Ana Dili Günündə və oktyabr 2015-de keçirilən “anti-irqçilik” etirazlarında tutulanlarla bağlı dosyeləri birləşdirib və 40-a yaxın fəalı kütləvi şəkildə mühakimə etməkdədir.
Abbas Lisaniyə qarşı mollakratiya rejiminin apardığı repressiya siyasətinin əsas anlamı isə başqa milli fəalları daim qorxu içində yaşamağa məcbur etməkdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

10:09