Goranboyda qədim sikkələr tapılıb – FOTO

Goranboy rayonunda qədim pullar tapılıb.

Xudaferin.eu Report”-a istinadən xəbər verir ki, qədim sikkələri həyətyanı sahədə əkin işləri ilə məşğul olan rayon sakini, 45 yaşlı Saleh Novruzov aşkarlayıb.

Belə ki, o, əkinlə məşğul olarkən 14 ədəd sikkə tapıb. S.Novruzov təxminən 30-40 sm dərinlikdən tapdığı pulların gümüşdən hazırlandığını bildirib. Üzərində ərəb əlifbası ilə yazılar olan sikkələrin XVI (Səfəvilər) - XVII (Xanlıqlar dövrü) əsrə aid olduğu güman edilir.

S.Novruzov bir neçə tarixçi ilə apardığı söhbətlər əsasında pulların XVI-XVII əsrlərdə Şamaxı şəhərində kəsilməsi qənaətinə gəlib. Gümüş pullar əsrlərlə torpağın altında qalsa da, korroziyaya məruz qalmayıb.

Rayon sakini sikkələri ən qiymətli əşya kimi saxlayacağını bildirib.

Xudaferin.eu

11:36