“Google”də “Nöral Maşın Tərcümə” dövrü

9 dildə kəlmə tərcüməsi əvəzinə gündəlik danışığa yaxın qrammatikaya uyğun tərcümə imkanı olacaq.

“Google” arama mərkəzi tərcümə (Translate) Türkcə daxil 9 dildə düşünərək tərcümə edəcək. İngiltərənin paytaxtı Londonda “Nöral Maşın Tərcümə”ni (Neural Machine Translation) təqdim edən “Google”un direktoru Sundar Pichai Türkcənin də yer aldığı 9 dildə kəlmə tərcüməsi əvəzinə gündəlik danışığa yaxın qrammatikaya uyğun tərcüməyə başlanıldığını açıqlayıb. O deyib ki, Nöral sistem bütün cümlələri bir-bir tərcümə etmək əvəzinə bir dəfəlik tərcümə edərək bu ətraflı möhdəvanı, ən yaxın tərcüməni tapa bilmək üçün uyğun bir qrammatika ilə insan danışığına oxşar şəkildə yenidən qurur. Beləliklə hər cümləni başa düşmək daha asan olduğu üçün tərcümə edilmiş paraqraflar və məqalələrin oxunması daha asan olur. Yeni sistemin artıq tərcüməni ədəbiyyat tərcüməsi kimi edəcəyini vurğulayan Pichai bildirib ki, yazıcı Jorge Luis Borgesin bir cümləsi ingiliscəyə normal necə tərcümə edilirsə elə tərcümə ediləcək. “Nöral Maşın Tərcüməsi”ni İngiliscə, Fransızca, Almanca, Portuqal, Çin, Yapon, Koreya dilləri və Türkcə olmaqla 9 dildə fəal hala gətdirdiklərini də bildirən Pichai qeyd edib ki, bütün bu dillər dünya əhalisinin üçdə bir faizinə yaxın insanının doğma dilidir və “Google” tərcümə sorğularının 35 faizindən artığını əhatə edir. “Nöral Maşın Tərcümə”sini 103 dilə çıxarmağı hədəf götürdüklərini bildirən Pichai bunun miqrantlar üçün çox sərfəli olduğunu vurğulayıb.

Xudaferin.eu

12:48