Əfqanıstanda komandanlıq istefaya göndərildi

Əfqanıstanın hərbi bazasında cümə günü azı 140-nın ölümü, çox sayda əsgərin yaralanmasına səbəb olan hücumdan sonra prezident Əfşar Qani ölkənin müdafiə naziri və ordu komandanının istefasını qəbul edib.

Prezident Əfşar Qaninin dövlət idarəsinin bazar ertəsi açıqladığı bəyanatda müdafiə naziri Abdulla Həbibi və ordunun baş komandanı Qədəm Şah Şahimin hadisədən dərhal sonra istefa verdikləri deyilir. Həbibi Şahimlə birgə mətbuat konfransında deyib ki, istefalara onları heç kim məcbur etməyib.

Qeyd edək ki, Məzari-Şərif şəhərindəki 209-cu "Şahinlər qvardiyası"na edilən hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb.

Əfqanıstan rəsmiləri və şahidlər üzərində bomba olan 10 nəfər silahlı intiharçının yüzlərlə əsgərin günorta namazına toplaşdığı vaxt güclü mühafizə olunan məscidə hücum etdiklərini bildirib.

Rəsmilər hələ də ölənlərin sayını təsdiq etməkdən imtina etsələr də, nisbətən sakit olan Balx vilayəinin adının açıqlanmasını istəməyən təhlükəsizlik rəsmiləri və siyasətçiləri ölənlərin sayının azı 180 nəfərə qədər olduğunu deyib. Bu ağır və üzücü olayla ilgili ötən  bazar günü ölkədə ölən əsgərlərin şərəfinə milli matəm elan edilib. Birləşmiş Ştatların müdafiə naziri Cim Mattis Əfqanıstanda təhlükəsizlik məsələsini müzakirə etmək üçün o ölkəyə səfər edib.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

06:31