Ermənistan Minsk Qrupu həmsədrlərini diriltməyə çalışır

Rusiya isə təkbaşına orbitr olmaq istəyir

Azərbaycan, Ermənistan, Rusiya dövlət başçılarının yanvarın 11-də Moskvada keçirilən görüşü xüsusi diqqət mərkəzində oldu. Diqqəti cəlb edən məqamlardan biri Moskva görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun danışıqlar prosesinə qaytarılmasının əhəmiyyətinin vurğulanması idi. Məlum oldu ki, Ermənistan Dağlıq Qarabağın statusunu gündəmə gətirmək, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prosesində üç, əslində Türkiyənin də iştirak etdiyi dördtərəfli formatı ATƏT-in Minsk Qrupu ilə əvəzləmək istəyir. Erməni baş nazir Nikol Paşinyan açıq formada dedi ki, Ermənistan Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesində iştirak etmək istəyir.

Azərbaycanın isə mövqeyi bəllidir - 30 il ərzində Minsk Qrupu münaqişənin həll edilməsi üçün əməli addım atmayıb. Artıq xeyli vaxtdır həmsədrlərdən olan ABŞ Qarabağ məsələsinə xüsusi maraq göstərmir. Ən azından bu gün belədir. Digər həmsədr Fransa isə sırf ermənipərəst mövqedədir. Üçüncü həmsədr Rusiya isə orbitr rolunu təkbaşına (pərdəarxasında isə Türkiyə də var) oynamağa həvəslidir. Belə bir vəziyyətdə həmsdərlərin yenidən ortaya çıxması münaqişə tərəflərindən ancaq Ermənistana sərf edir.

Bəs ATƏT-in Minsk Qrupu həmsədrlərinə yenə “yaşıl işıq’’ yandırıla, əhəmiyyətini itirmiş bu format dirildilə bilərmi? Belə bir təhlükə varmı, yoxsa Moskva görüşündə səslənən məlum fikirlər növbətçi, protokol açıqlamalardır?

Politoloq: "Parlament üzvünü seçilmişlər seçməlidir" » www.tezadlar.az

Politoloq Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamənin icrası üçün Minsk Qrupunun həmsədrlik institutu yaradılmışdı: "Lakin 30 ilə yaxın müddət keçsə də Minsk Qrupu üzərinə götürdüyü işi həyata keçirmədi. Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi üzündən münaqişə 2020-ci ilə qədər həll edilməmiş qaldı və Ermənistan əlavə torpaqlarımızı işğal etmək həvəsinə düşdü. Azərbaycan belə bir vəziyyətdə öz ordusunun gücü ilə torpaqlarımızı azad etmək və faktiki olaraq BMT TŞ-nin qətnamələrinin icrasına nail olmaq qərarını verdi. İstəyinə də 44 gündə nail oldu. Minsk Qrupu həmsədrlərinin 30 ilə yaxın həll edə bilmədiyini Azərbaycan 44 günə həll etdi. Beləliklə, faktiki olaraq Minsk Qrupu həmsədrlərinə ehtiyac qalmadı. Dağlıq Qarabağ münaqişəsi artıq həll olunmuş sayılır. Ona görə də avtomatik olaraq Minsk Qrupunun həmsədrlik institutunun fəaliyyət göstərməsi üçün predmet qalmayıb.

Ermənistan tərəfi isə çalışır ki, Minsk Qrupunun həmsədrlik institutu yenidən dirilsin və danışıqlarda iştirak etsin. Həmsədrlər məsələsini gündəmə gətirmək istəyirlər. Dağlıq Qarabağ məsələsinin həllində Rusiyanın söz sahibi olduğu ortadadır. İstər 10 noyabr bəyanatı, istər sonrakı dövrlərdə keçirilən görüşlərin məhz Rusiyanın təşəbbüsü ilə reallaşması, həm 11 yanvar Moskva görüşü və görüşdə yenə üçtərəfli sənədin imzalanması reallığın nədən ibarət olduğunu göstərir. Yəni bununla da faktiki olaraq Minsk Qrupu üçlüyü formatına xitam verilib sanki. Özü də bunda Rusiya maraqlı görünür. Rusiya təkbaşına orbitr rolunu ələ aldığı üçün Fransa və ABŞ-ın yenidən meydana girməsini istəmir. Ermənistan baş naziri həm Fransa ilə dostluq münasibətlərində olan şəxsdir, həm də ABŞ-ın hakimiyyətə gətirdiyi adamdır. İndi həm dostunun, həm də onu hakimiyyətə gətirən tərəfin prosesə həmsədr qiyafəsində aktiv daxil olmasını istəyir. Çünki görür ki, Rusiya əslində təkbaşına orbitr rolunda maraqlı görünür, ABŞ-ı və Fransanı burada istəmir. Məncə, Minsk Qrupu üçlüyü formatı tarixə qovuşub. Onu geri qaytarmağa nə Azərbaycan razı deyil, nə də Rusiya istəmir. Nikol Paşinyanın mövqeyi xaric verilən açıqlamalar, sadəcə, protokol xatirinədir. Üçlü formatın geri qayıtmasında ancaq Ermənistan maraqlıdır. Ermənistanın istəyi isə həlledici deyil. Kreml təkbaşına vasitəçilikdə israrlıdırsa, Ermənistanın bunu qəbul etməkdən başqa çıxış yolu yoxdur. Söz sahibi Rusiyadır, Ermənistan deyil".

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycanın Qarabağ münaqişəsini demək olar ki, həll edib. Minsk Qrupunun fəaliyyəti müharibə dövründə qəti şəkildə aktual olmadı və rəsmi Bakı bu istiqamətdə həmsədrlərin fəaliyyətinə ehtiyac görmədi. İndi də heç bir ehtiyac qalmayıb: “Çünki biz 30 il ərzində bu formatın uğurlu olmadığını gördük. Regionda dəyişən geosiyasi nizam və Ankara-Moskva yaxınlaşması, Azərbaycanın güclənməsi də Minsk Qrupu üçlüyü formatının tarixə qovuşacağını labüd edirdi. Məhz Azərbaycan bu münaqişəni həll etməklə Minsk formatına ehtiyac görmədi. Həmsədrlərlə danışıqlar Ermənistanın maraqlarına uyğun olaraq manipulyasiyaya xidmət edirdi. Hazırda Bakı, Moskva və Ankara formatında bu münaqişə həll edildi. Minsk qrupunun fəaliyyəti bununla sona çatdı. Burada biz Fransa və Ermənistanın yenidən Minsk formatına qayıtması üçün verdiyi bəyanatları ciddi qəbul etməməliyik. Moskva görüşündə Prezident İlham Əliyev münaqişənin keçmişdə qaldığını deyərək gələcək planların olduğunu qeyd edir. Hesab edirəm ki, bununla bir daha Minsk Qrupunun həmsədrlərinə ehtiyac olmadığının mesajını verdi. Status məsələsi də Azərbaycan üçün bitib. Rusiya da artıq ABŞ və Fransanın bu regionda fəaliyyətini qəbul etmir. Baxmayaraq ki, Moskva və Paris arasında müəyyən danışıqlar var. Amma bu, sadəcə, Rusiyanın regionda  Türkiyəyə qarşı müəyyən fəaliyyətindən asılıdır. Düşünürəm ki, Azərbaycan qəti şəkildə bu Minsk Qrupunun fəaliyyətinə qayıtmamalıdır. ABŞ-da Bayden administrasiyası  Minsk Qrupunun yenidən bərpa etməyə çalışa bilər. Fransa da burada maraqlıdır. Bu baxımdan müəyyən təhlükə var. Parislə İrəvan buna çalışır. Paşinyan Bayden administrasiyası ilə sıx əlaqə saxlayıb buna nail olmaq üçün çalışacaq. Düşünürəm ki, Azərbaycan bu variantdan imtina etməlidir gələcəkdə. Status məsələsi Azərbaycanın daxili işidir. Minsk Qrupunun qayıdışına imkan verilə bilməz”.

Xudaferin.eu

13:09