Dövlət itthamçısı jurnalist Elçin İsmayıllının 10 il azadlıqdan məhrum olunmasını istəyib

 

Şəki Ağır Cinayətlər Məhkəməsində həbsdəki jurnalist Elçin İsmayıllının cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı jurnalistin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Jurnalistin məhkəməsi sentyabrın 15-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək. Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur. E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyir. İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin keçmiş rəhbəri A.Abbasov məhkəmədə deyib ki, həmin vəsaiti ona icra başçısı M.Sadıqov verib və Elçinə çatdırmasını istəyib. Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Daha sonra vəkilinin deməsinə görə, ittiham ağırlaşdırılıb. Elçin İsmayıllı isə deyir ki, bu iş quramadır.

Amerikaninsesi.org

 

10:41