09 November 2020

Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib

Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xudaferin.eu AZƏRTAC-a istinadən bildirilib ki,
bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib.

Müstəqil dövlətimizin müqəddəs rəmzi

Dövlət rəmzləri istənilən dövlətin tanınma nişanı, onun suverenliyinin, özünəməxsusluğunun simvoludur. Bu rəmzlərdə hər bir dövlətin, xalqın çoxəsrlik tarixi, milli dəyərləri və ənənələri öz əksini tapır. Qədim dövlətçilik tarixinə və ənənələrinə malik olan Azərbaycanın müstəqilliyini və şərəfli keçmişini özündə birləşdirən dövlət rəmzləri sırasında Azərbaycan Respublikasının bayrağı müstəsna yer tutur.

Tariximizin 270 illik şah əsəri – Şuşa

“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Ümummilli lider Heydər Əliyev Şuşanın vətənimiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.