Şuşanın işğaldan azad edilməsi İspaniya mətbuatının diqqət mərkəzindədir

AZƏRTAC

Şuşanın işğaldan azad edilməsi İspaniya mətbuatının diqqət mərkəzindədir
09.11.2020 [00:05]SİYASƏT
Madrid, 9 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev bu gün Azərbaycanın qədim şəhəri Şuşanın erməni işğalından azad olunması xəbərini elan edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu tarixi qələbə İspaniyanın qocaman nəşrlərinin, xəbər portallarının diqqət mərkəzində olub.
EFE xəbər agentliyi, İspaniyanın qocaman qəzetlərindən biri olan “La Vanguardia”, “Eldiario” onlayn nəşri Dağlıq Qarabağın əsas şəhəri olan Şuşanın erməni işğalından azad olunması barədə Azərbaycanın dövlət başçısı İlham Əliyevin bəyanatını dərc ediblər.
İspan nəşrləri yazır ki, Prezident İlham Əliyev Şuşa uğrunda döyüşləri tarixi qələbə adlandırıb. O, Şuşa şəhərinin 28 il erməni işğalı altında olmasını xatırladıb.
“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin”, - deyə ispan nəşrləri Prezident İlham Əliyevdən sitat gətiriblər.

Xudaferin.eu

10:52