26 September 2020

Qarabağ üçün müharibə başlayır... müxalifət, QHT-lər və media nə etməli? - İlginc rəylər

Azərbaycan müharibənin astanasındadır. Düşmənin hərbi aqressiyası və sülh danışıqlarının tamamilə donması savaş ehtimalını artırır. Cəbhə xəttindəki gərginlik və Ermənistanın Tovuz istiqamətindən həmlələrinin səngiməməsi geniş hərbi əməliyyatların başlanmasını şərtləndirir. Eyni zamanda, Azərbaycanın son günlərdə keçirdiyi hərbi təlimlər, cəmiyyətdəki ovqat və ən əsası prezident İlham Əliyevin açıqlamaları deməyə əsas verir ki, müharibə uzaqda deyil.

Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyliyə atasının məktubu

«Əziz oğlum, çox səbr etdim, amma yazacam. Sıxıntı çəkərək, borc altına girərək sənə yüksək təhsil təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhuriyyətimizin maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin, həmişə göndərirdim. Mənə aid olan torpaqların bir parçasını satmışdım.