Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyliyə atasının məktubu

«Əziz oğlum, çox səbr etdim, amma yazacam. Sıxıntı çəkərək, borc altına girərək sənə yüksək təhsil təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhuriyyətimizin maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin, həmişə göndərirdim. Mənə aid olan torpaqların bir parçasını satmışdım. Həmin pullardan göndərirdim. Bu gün isə baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım? Pul göndərə bilməzsənmi?» 

Mənbə: Nağı Şeyxzamanlı. Azərbaycan istiqlal mücadiləsi xatirələri, Bakı: 1997, s.112-113

xudaferin.eu

11:12