13 June 2018

Həmsədrlər Ermənistanın yeni hökuməti ilə danışıqlarda - FOTO

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik ilə görüşüb.

Xudaferin.eu Ermənistan mətbuatına istinadla xəbər verir ki, həmsədrlərin səfərinin vacibliyini qeyd edən erməni nazirin sözlərinə görə, bu səfər Ermənistanın yeni hökumətinin formalaşmasından sonra ilk dəfə birbaşa əlaqə yaratmaq imkanıdır. 

Rusiyadan gətirilən buğdada təhlükə aşkarlandı - FOTO

Rusiyadan Azərbaycana idxal olunan ərzaqlıq buğda məhsulunda karantin tətbiq edilən alaq bitkisinin toxumları aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az verilən xəbərə görə, nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri Rusiyadan idxal edilən ümumi çəkisi 1636.02 ton olan ərzaqlıq buğda məhsuluna baxış keçiriblər. 

“Kanal Avrupa” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş proqram hazırlayıb

Avropa ölkələrində 3 milyondan artıq tamaşaçı kütləsinə malik “Kanal Avrupa”da yayımlanan “Belçika aktuel” proqramının növbəti buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub. Proqramda səfir Fuad İsgəndərov və Brüssel Universitetinin doktorantı Yalçın Məmmədovun müsahibələrinə yer ayrılıb.

Səfər Mehdiyev: Gömrük fəaliyyətinin qiymətləndirilməsi üçün jurnalistlərdən ibarət xüsusi qrup yaradıla bilər

Gömrük fəaliyyətinin qiymətləndirilməsi üçün jurnalistlərdən ibarət xüsusi qrup yaradıla bilər.

Xudaferin.eu xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Azərbaycan gömrüyü: bu gün və sabahın çağırışları" mövzusunda jurnalistlər üçün keçirilən seminarda deyib.

Azərbaycan-İtaliya arxeoloji ekspedisiyası Goranboyda elmi tədqiqatlar aparır

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası iyunun 11-dən etibarən Goranboy rayonunun Qaradağlı kəndi ərazisində elmi tədqiqatlara başlayıb. Ekspedisiyaya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və Florensiyadakı Lorenzo de Medici Beynəlxalq İtaliya İnstitutunun dini tədqiqatlar departamentinin rəhbəri, professor Nikola Lanerin rəhbərlik edirlər.

Nikolay Yankov: Cənub Qaz Dəhlizi Avropaya yeni mənbədən təbii qazı təmin edəcək

Cənub Qaz Dəhlizi Avropaya yeni mənbədən təbii qazı təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 13-də Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi" mövzusunda beynəlxalq konfransda Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov deyib.

Hindistanda turist avtobusu qəzaya uğrayıb, azı 16 nəfər ölüb

Hindistanın şimalında turist avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 nəfər həlak olub, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Xudaferin.eu Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, xəsarət alanların hamısı təcili olaraq yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İlkin təhqiqatın nəticələrinə əsasən, sürücü idarəetməni itirib və avtobus qarşı hərəkət zolağını ayıran maneəyə çırpılaraq aşıb.

Kim Çen In ABŞ-a səfər edəcək

Sinqapurda uğurlu keçən sammitdən sonra KXDR lideri Kim Çen In ABŞ prezidenti Donald Trampın Vaşinqtona səfər etməklə bağlı təklifini qəbul edib.

Xudaferin.eu xəbər verir ki, bu haqda KXDR-nın dövlət agentliyi məlumat yayıb.

“Kim Çen In Trampı ona rahat olan vaxtda Pxenyana səfər etməyə çağırıb, Tramp isə öz növbəsində Kim Çen Inı ABŞ-a dəvət edib. ABŞ və Şimali Koreya liderləri bu dəvətləri böyük məmnuniyyətlə qəbul edib. Onlar bunun ABŞ-KXDR münasibətlərində vacib hadisəyə çevriləcəyinə əminlik ifadə edib.”, -deyə agentliyin məlumatında qeyd olunur.

Ərdoğan Azərbaycan qazının Avropaya nəql olunacağı tarixi açıqladı

Avropanın TANAP-la qaz təchizatı 2019-cu ilin iyun ayından etibarən başlayacaq.

Xudaferin.eu xəbər verir ki, bunu Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Energetika bir əməkdaşlıq sferasıdır, qarşıdurma deyil. TANAP- bunun bariz nümunəsidir.

Qaz-boru xəttinin ilkin buraxıcılıq qabiliyyətinin ilə 16 milyard kub metr təşkil edəcəyi gözlənilir, bundan 10 milyarda yaxını Avropaya nəql olunacaq.

Parisdə girovlar azad edilib—Video

İyunun 12-də Parisdə iki nəfəri girov götürmüş və xüsusi əməliyyatdan sonra polis tərəfindən həbs olunmuş şəxs mərakeşlidir.

Xudaferin.eu xəbər verir ki, bu haqda BFMTV telekanalı məlumat yayıb.

“Əlimizdə olan informasiyaya görə, söhbət 27 yaşlı mərakeşlidən gedir. Buna qədər xüsusi xidmətlərin “radar”ında olmayıb, dövlət təhlükəsizliyinə hər hansı təhdid yaratmayıb, terror ünsürlü radikallaşmaya meyilli insanların siyahısında yer almayıb”,- deyə telekanalın məlumatında qeyd olunur.

Cinayətkarın bu əməlinin motivləri hələlik məlum deyil.

İsrail qanunsuz yəhudi qəsəbələrini sökür

İsrail hökuməti İordan çayının qərb sahilində, Fələstin torpaqlarında qanunsuz yolla salınmış yəhudi qəsəbələrindən əhalini kütləvi şəkildə təxliyə edir.

Xudaferin.eu xəbər verir ki, bu haqda “Euronews” məlumat yayıb.

Məlumata görə, ilk əvvəl  Qüdsün cənubunda yerləşən Quş Esionda evlər sökülür.

Əhalinin qəsəbədən çıxarılması əməliyyatına yüzlərlə polis əməkdaşı cəlb olunsa da, kütləvi təxliyə ümumilikdə insidentsiz ötüşüb. Bir neçə gənc fəal polisə müqavimət göstərdiklərinə görə saxlanılıb.

Alimlər planetimizi xilas etməyin yolunu tapıb

Atmosferdə karbon qazı miqdarının durmadan artması və iqlim dəyişikliyi planetin zərərli qazlardan təmizlənməsi məsələsini gündən günə daha da aktuallaşdırır. Bəs bu qazdan yanacaq kimi istifadə olunması planetimizi xilas edə bilməzdimi? Kanadalı alimlər məhz bunu həyata keçirməyi planlaşdırır.

Xudaferin.eu xəbər verir ki, bu haqda “Joule” elmi jurnalında məqalə dərc olunub.

Karbonla çirklənmiş atmosferdən yanacağın alınması ilə bağlı yeni metod hazırda mövcud olan texnologiyalara əsaslanır və daha ucuz başa gəlir.

Pambıq sahəsində zəhərlənən dörd nəfər Bakıya gətirilib

Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Bakı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yerləşdirilən xəstələrin sayı səkkizə çatıb.

Bunu Oxu.Az-a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, zəhərlənənlərin vəziyyəti normaldır:

“Daha dörd nəfərdə ürək bulanması, baş gicələnməsi olduğu üçün Bakı Klinik Tibbi Mərkəzə gətirilib. Hazırda müayinələri aparılır. Günorta saatlarında xəstələrin müayinələrinin nəticələri bilinəcək”.

Qəbələyə sel gəldi, kəndlə əlaqə kəsildi

Qəbələdə güclü sel piyada və avtomobil körpüsünü yararsız hala salıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, 11 iyun tarixində Qəbələ rayonunun Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq kömək göstərilib. 

Əməliyyat başa çatıb.​

Ermənistan rəsmisi ölkəsinin acizliyini etiraf etdi

Belarusun Azərbaycana “Polonez” tipli raket kompleksləri satması bizdə narahatlıq doğurmaya bilməz.

Xudaferin.eu Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib. 

Onun sözlərinə görə, Belarus Ermənistanla müqavilələr bağlayır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, bu isə Minskin qarşısına bəzi öhdəliklər qoyur. 

Ərdoğan: Lazım gəlsə “S-400”lərdən istifadə edəcəyik

Türkiyə ehtiyac yaranarsa Rusiyadan alınan “S-400” zenit-raket komplekslərindən istifadə edəcək.

Xudaferin.eu “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Biz sadəcə “S-400”ləri alıb, onları anbara yerləşdirəcəyik. Ehtiyac yaransa onlardan istifadə edəcəyik.

Bunlar müdafiə sistemləridir. Onsuz biz nə edə bilərik axı? Nədir, yoxsa yenə ABŞ-a bel bağlayaq?”, -deyə Türkiyə lideri yerli telekanallara verdiyi açıqlamada bildirib.