Pambıq sahəsində zəhərlənən dörd nəfər Bakıya gətirilib

Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Bakı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yerləşdirilən xəstələrin sayı səkkizə çatıb.

Bunu Oxu.Az-a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, zəhərlənənlərin vəziyyəti normaldır:

“Daha dörd nəfərdə ürək bulanması, baş gicələnməsi olduğu üçün Bakı Klinik Tibbi Mərkəzə gətirilib. Hazırda müayinələri aparılır. Günorta saatlarında xəstələrin müayinələrinin nəticələri bilinəcək”.

Azər Maqsudov qeyd edib ki, ilkin nəticəyə görə, xəstələr pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədilə istifadə edilən kimyəvi maddədən zəhərləniblər:

“Təsiri az olduğu üçün zəhərlənmə güclü olmayıb”.

Qeyd edək ki, iyunun 11-də Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.  24 nəfər xəstəxanaya yerləşdirilib. 

Oxu.az

11:04