Hindistanda turist avtobusu qəzaya uğrayıb, azı 16 nəfər ölüb

Hindistanın şimalında turist avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 nəfər həlak olub, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Xudaferin.eu Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, xəsarət alanların hamısı təcili olaraq yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İlkin təhqiqatın nəticələrinə əsasən, sürücü idarəetməni itirib və avtobus qarşı hərəkət zolağını ayıran maneəyə çırpılaraq aşıb.

Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ağır yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.

Xudaferin.eu

12:07