03 June 2018

Azərbaycanın voleybolçu qızları səfərdə Portuqaliya yığmasına qalib gəliblər

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti qələbəsini qazanıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, millimiz turnirin V turunda səfərdə Portuqaliya yığmasının qonağı olub.

İspaniyalı baş hakim Xose Luis Arrarte Miranın idarə etdiyi oyunda millimiz ilk seti 25:20 hesabı ilə öz xeyrinə başa vurub. İkinci setdə portuqaliyalı voleybolçular hesabı bərabərləşdiriblər – 28:26. Oyunda yüksək əzmkarlıq nümayiş etdirən voleybolçularımız ardıcıl iki setdə 25:11 və 25:15 hesabı ilə qələbə qazanıblar.

Suriya ABŞ-a ultimatum verdi

Suriyanın vitse-prezidenti Valid Muallem ABŞ-dan Ərəb Respublikasını tərk etməyi tələb edib

Xudaferin.eu-nun xəbərinə görə,  o, bu barədə Dəməşqdə keçirilən mətbuat konfransında bəyan edib.

“ABŞ öz qoşunlarının Ət-Tanfadakı bazadan çıxarandan sonra, biz Cənubi Suriyanın təhlükəsizliyi barədə sazişdən danışa bilərik”, - o deyib.

Xudaferin.eu

Türk dünyasının ortaq mətbu orqanı olan “Kardeş kalemler” jurnalının növbəti nömrəsi işıq üzü görüb

Avrasiya Yazarlar Birliyinin (AvYB) mətbu orqanı “Kardeş kalemler”in may sayı böyük qazax şairi Ğalim Jaylıbaya həsr olunub.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, jurnalın ilk səhfələrində şairin tərcümeyi-halı və şeirləri yer alıb. Şeirləri Türkiyə türkcəsinə Nərgiz Biray və Cəmilə Lınacı tərcümə ediblər.

Tramp ticarət müharibəsinin başlanmasının səbəbini açıqladı

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, yalnız rüsumların tətbiq edilməsindən sonra ölkə bərabər səviyyədə ədalətli ticarətə nail ola bilər.

Xudaferin.eu-nun xəbərinə görə, Tramp bu barədə öz Twitter səhifəsində yazıb.

“Ticarət sahəsində Birləşmiş Ştatlara ədalətli yanşmalıdırlar. Əgər siz idxal mallarına sıfır faizlik rüsumlar tətbiq edirsinizsə, lakin bizim mallara 25, 50 və hətta 100 faizlik rüsumlar alırsınızsa, bu ədalətli deyil, və biz buna artıq dözməyəcəyik. Bu azad və ya düzgün ticarət deyil, bu ağılsız ticarətdir”, - o bəyan edib.

Baş katib: NATO İsrailə dəstək olmayacaq

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, İsrail İranla münaqişəyə başlayarsa, alyans ona kömək etməyəcək.

Xudaferin.eu-nun RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Der Spiegel məlumat yayıb.

Onun sözlərinə görə, İsrail NATO-ya üzv deyil, buna görə də alyans ölkəni təhlükəsizliklə tam təmin edə bilməz.

Baş katib sözlərinə əlavə edib ki, NATO-ya üzv ölkələr arasında nüvə müqaviləsilə əlaqədar İranla fikirayrılığı var.

Xudaferin.eu

İsrail ordusu HƏMAS-ın mövqelərinə zərbələr endirdi

İsrail ordusu öz Twitter səhifəsində HƏMAS-ın Qəzza zolağındakı beş obyektinə aviazərbələr endirdiyini yazıb.

“İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri Qəzza zolağının şimal hissəsində HƏMAS qüvvələrinə məxsus beş hədəfə zərbə endirib”, - deyə, məlumatda qeyd olunur.

Bildirilir ki, aviazərbələr İsrail ərazisinin Qəzza zolağından raket atəşinə tutumasına cavabdır.

Xudaferin.eu

NATO Rusiya hücumunu dəf etməyə hazırlaşır

Şimali Atlantika Alyansı (NATO) Rusiyanın hücumunun operativ dəf edilməsi məqsədilə 30 minlik ehtiyat yaradacaq.

Xudaferin.eu xəbər verir ki, bu barədə alman Die Welt qəzeti alyansdakı bir sıra mənbələrə istinadən yazıb.

30 gün ərzində döyüş hazırlığı vəziyyətinə gətirilməli olan birliyin bir neçə yüz qırıcı təyyarəsi və gəmisi olacaq. O, NATO-nun hazırda 20 minə yaxın əsgəri heyətdən ibarət Response Force qüvvələrini tamamlayacacaq.