02 May 2018

İranda güclü zəlzələ: 76 nəfər xəsarət alıb

İranın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb. 

Onların bəzilərinə yerindəcə tibbi yardım göstərilib.

Xudaferin.eu bununla bağlı “Press” TV-yə istinadla xəbər verir. 

Maqnitudası 5,3 bal olan yeraltı təkanlar ölkənin cənub-qərbindəki Kohgiluyə və Buyer Əhməd vilayətinin Sisəxt rayonunda baş verib. 

Zəlzələnin ocağı yerin səkkiz kilometr dərinliyində yerləşib. 

Şəkidə qanunsuz ağac kəsintisi faktı aşkarlanıb - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şəki rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. 

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, reyd zamanı Şəki rayonu Bideyiz bələdiyyəsinin mülkiyyətinə aid örüş sahəsində 9 ədəd palıd, qarağac, yemişan cinsli ağacın kəsildiyi və təbiətə 1070 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib. 

Azərbaycanlı qız ifası ilə türkləri heyran qoydu – VİDEO

Türkiyə mediası Nahidə Babaşlı adlı azərbaycanlı qız haqda məqalə dərc edib.

Xudaferin.eu-nun “Haberler”ə istinadən məlumatına görə, gənc qızın Murat Göğebakanın “Ay Yüzlüm” mahnısını ifa etməsi türkləri heyran qoyub.

Nahidənin “Youtube”da yerləşdirdiyi video bir həftədə  milyondan çox baxış toplayıb.

II Dünya Müharibəsində ölmüş azərbaycanlıların cəsədi tapılıb

Rusiyanın Pskov şəhərində İkinci Dünya Müharibəsi zamanı əsirlikdə həlak olmuş altı azərbaycanlının cəsədi tapılıb.

Xudaferin.eu APA-ya istinadən xəbər verir ki, “Rusiya Qadınlar İttifaqı” ictimai təşkilatının Pskov regional bölməsi İkinci Dünya Müharibəsi zamanı həlak olmuş və Pskov vilayətinin Porxov şəhəri ətrafında hərbi əsirlərin saxlanıldığı keçmiş “Dulaq-100” adlı düşərgənin yerində dəfn edilmiş əsgərlərin qohumlarının axtarışı ilə məşğul olur.

TANAP-ın rəsmi açılış mərasiminin tarixi açıqlanıb

Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) layihəsinin rəsmi açılış mərasiminin tarixi açıqlanıb.

Xudaferin.eu xəbər verir ki, bu il iyunun 19-da TANAP layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev türkiyəli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyədə prezident seçkilərinin vaxtından əvvəl keçirilməsinə görə TANAP-ın rəsmi açılış mərasimi iyunun 19-da olacaq. Lakin Türkiyəyə ilk qazın verilişi iyulun ilk həftəsinə planlaşdırılıb.

Politoloq: İsrail-İran qarşıdurması regionumuz üçün təhlükədir

İsrail baş naziri Binyamin Netanyahunun xalqına edəcəyi müraciət sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. 

İsrailli sosial şəbəkə istifadəçiləri İranın qarşıdakı 48 saat ərzində İsrailə qarşı hərbi əməliyyatlara başlamağı planlaşdırdığını və hökumətin bununla bağlı kəşfiyyat məlumatı əldə etdiyini iddia edir.

İran və İsrail arasındakı münasibətləri şərh edən politoloq Arzu Nağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, iki ölkə arasında münasibətlər gərgin olsa da, real hərbi əməliyyatların baş verəcəyi inandırıcı deyil:

Tokay Məmmədov vəfat edib

Əməkdar incəsənət xadimi, Xalq rəssamı və heykəltaraş Tokay Məmmədov vəfat edib. 

Xudaferin.eu xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

91 yaşlı Xalq rəssamı Üzeyir Hacıbəyov, Məhəmməd Füzuli, Nəsimi, və Koroğlunun heykəllərinin müəllifidir.

Xudaferin.eu

Yaponiyada əyləncə parkında attraksion gözlənilmədən dayanıb

Yaponiyanın mərkəzi hissəsində yerləşən Osaka şəhərindəki əyləncə parklarından birində attraksion gözlənilmədən dayanıb.

Mayın 1-də günorta saatlarında baş verən hadisə zamanı 60-a yaxın insan 2 saatdan artıq müddətdə qatarda başıaşağı vəziyyətdə qalıb. Parkın operatorunun bildirdiyinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Attraksion dayanan vaxt qatarlardan biri ən yüksək nöqtədə, təqribən 30 metr hündürlükdə olub.

Xudaferin.eu

Opera və Balet Teatrı may repertuarını açıqlayıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının may repertuarı zəngindir.

Xudaferin.eu teatrın repertuarını təqdim edir:

3 may - “Madam Batterflyay” (ikipərdəli opera)

6 may - “Sevilya Bərbəri” (üçpərdəli opera)

12 may – “Qu gölü”

13 may - “Vaqif”

19 may – “Trubadur”

20 may - “Qaraca qız”

23 may – “Arşın mal alan”

26 may – “Yeddi gözəl”

27 may – “Aşıq Qərib”.

Yerevanda etiraz aksiyaları yenidən alovlanıb

Səhər saatlarından başlayaraq Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları yenidən alovlanıb.

Xudaferin.eu Ermənistanın “1in.am” saytına istinadla xəbər verir ki, siyasi iğtişaşların rəhbəri, müxalifət lideri Nikol Paşinyan aksiya iştirakçılarını respublika üzrə kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla, Ermənistanın ümumi nəqliyyat sistemini blok etməyə çağırıb.

Bakıda gənc rəssamların əsərləri sərgilənir

“Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyasında rəsm sərgisi açılıb.

Xudaferin.eu xəbər verir ki, “Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqənin yekun sərgisi Mədəniyyət Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə reallaşıb.

Ankarada “Azərbaycan günləri” təşkil olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Ankaranın Kızılcahamam rayonunda “Azərbaycan günləri” təşkil olunub.

Xudaferin.eu xəbər verir ki, mərasimdə Azərbaycandan və Türkiyədən rəsmi şəxslər, elm, təhsil və sənət adamları, Kızılcahamam rayonunun sakinləri iştirak ediblər.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Daşkənddə “Xalqların adət-ənənələri və mədəniyyət” festivalında Azərbaycan da təmsil olunub

Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində “Xalqların adət-ənənələri və mədəniyyət” adlı festival keçirilib.

Mədəniyyət Festivalında Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, İndoneziya, Koreya Respublikası, Çin, Qazaxıstan və digər ölkələr iştirak edib. Tədbirdə ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Ermənistan müxalifəti Gümrü və Maralik şəhərlərinin meriya binalarını ələ keçirib

Ermənistan müxalifətinin tərəfdarlarından ibarət bir qrup şəxs Gümrü və Maralik şəhərlərinin meriya binalarına soxularaq nəzarəti ələ keçiriblər.

Xudaferin.eu TASS-a istinadən xəbər verir ki, etirazçılar şəhər administrasiyası rəhbərliyindən müxalifətə qatılmalarını tələb edirlər.

Eyni zamanda şəhərin bütün dövlət binalarının müxalifət tərəfdarlarının nəzarətində olduğu bildirilir.