01 December 2017

"Rusiyada mətbuatı “xarici agentlər” adlandırmaq azad mətbuata təhdiddir"

 

ABŞ Dövlət Departamenti Rusiyanın Məhdudlaşdırıcı Media Yönümlü Qanunvericiliyinə dair bəyanatla çıxış edib. Sənəddə deyilir: Rusiya Ədliyyə Nazirliyi tərəfindən mətbuat orqanlarını “xarici agentlər” kimi adlandırmaq, müəyyən internet fəaliyyətini izləmək və ya bloklamaq üçün imkan verən yeni Rusiya qanunvericiliyi Rusiyada azad mətbuata daha bir təhdiddir. Hökumət üçün narahatlıq doğuran söz və mətbuat daxil olmaqla, ifadə azadlığı Rusiyanın öhdəsinə götürdüyü universal insan hüquqları öhdəliyidir.

 

Fuad Ağayev: “Vəkillik haqqında” yeni qanuna ehtiyac var [Video-müsahibə]

 

Vəkil “Amerikanın Səsi” radiosuna müsahibəsində müdafiə hüququ ilə bağlı yaranmış problemlərdən danışıb

 

Amerikanın Səsi: “Vəkillik və vəkillik fəaliyyəti haqqında” və digər qanunvericilik aktlarına edilmiş son dəyişikliklərdən sonra ölkədə müdafiə hüququnun reallaşdırılmasında hansı mənzərə yaranacaq?

“Urmuda şəhər infrastrukturunun 40 faizdən çoxu köhnəlib”

 

Urmu Şəhər Şurasının üzvü Məhəmməd Xalid Hatəmi təmsil etdiyi şəhərdə infrastrukturun 40 faizdən çoxunun köhnəldiyini bildirib.

 

O “Nedaye Urmiyə” təhlil-xəbər agentliyinin müxbiri ilə danışıqda bildirib ki, inşaat işlərində yaranan durğunluq səbəb olub ki, Urmiyə şəhərinin köhnəlmiş infrastrukturu olduğu kimi buraxılsın. 

“Təbriz 2018” ərəfəsində dilənçilər sistemli şəkildə Təbrizə üz tutur

 

Güney Azərbaycanın başkəndi  Təbrizin 2018-ci ilin islam dünyasının turizm paytaxtı seçilməsinə rəğmən müxtəlif səbəblərə görə “Təbriz 2018” layihəsinə yetəri qədər hazır deyil. Bunun əsas səbəbi İran rejiminin Azərbaycan şəhərinə büdcə vəsaiti ayırmadığı ilə bağlı olsa da, bu istiqamətdə başqa problemlər də mövcuddur.

Məmməd Ənsari: Hüquq müdafiəçiləri sənətkarları cəlb etməyin yollarını axtarmalıdır

 

Məmməd Ənsarinin sözlərinə görə, İran Azərbaycanında bəzi sənətkarlar insan haqları, ətraf mühit problemləri və heyvan haqları kimi mövzulara önəm verirlər, amma onların bu sahələrdə edə biləcəkləri məhduddur. Güneyli bəstəkar və hüquq müdafiəçisi “Amerikanın Səsi@ radiosu ilə söhbətdə sənətkarları insan haqları fəaliyyətlərinə cəlb etməyin yollarını dəyərləndirib.

Səfir: “Türkiyədən Ermənistana təyyarə rəysinin açılacağı xəbəri doğru deyil”

 

 

Türkiyədən Ermənistana təyyarə rəysinin açılacağı ilə bağlı xəbərlər doğru deyil. Bu sözləri açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Türkiyə Hava Yolları” şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan açıqlamaya münasibət bildirərkən deyib.

O bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb: “O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir”.

SAXTA DƏRMAN İSTEHSALÇILARI İFŞA OLUNDU

 

Son zamanlar bir sıra həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpa olunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri keçirilib.

Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının Bakı Bəyannaməsi

 

Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında Bakıda keçirilən üçtərəfli görüşün bəyannaməsinin mətni açıqlanıb.

Azərbaycan XİN-dən verilən məlumata görə, sənəddə nazirlər dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə ediblər;

Bazarda “halal ət” fırıldağı: Dövlət Komitəsi SUSUR

 

Halal ət bazarının liderləri qeyri-müsəlman ölkələridir. Yaxın Şərqə "Halal ət"i Braziliya satır. Dubay İslami İqtisadi İnkişaf Mərkəzi (DIEDC) və "Tompson Reuters"in məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 57 ölkənin ümumi əhalisi 1.8 milyard nəfəri keçir. Halal qidaya üstünlük verən bu əhali halal ərzaq bazarını 415 milyard dollar civarında çatdırıb. Bütün dünyanın iştahanı artıran bu bazardakı ən böyük səkkiz ət istehsalçısının qeyri-müsəlman ölkələri olduğu diqqət çəkir.

 

Meksika mətbuatı Azərbaycan səfirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məktubunu dərc edib

 

Meksikanın ən oxunan qəzetlərindən olan “El Universal”-da Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovun həmin qəzetdə bir neçə gün əvvəl çap olunmuş “Qafqazın unudulmuş münaqişəsi” adlı məqaləyə cavab məktubu dərc edilib.