“Urmuda şəhər infrastrukturunun 40 faizdən çoxu köhnəlib”

 

Urmu Şəhər Şurasının üzvü Məhəmməd Xalid Hatəmi təmsil etdiyi şəhərdə infrastrukturun 40 faizdən çoxunun köhnəldiyini bildirib.

 

O “Nedaye Urmiyə” təhlil-xəbər agentliyinin müxbiri ilə danışıqda bildirib ki, inşaat işlərində yaranan durğunluq səbəb olub ki, Urmiyə şəhərinin köhnəlmiş infrastrukturu olduğu kimi buraxılsın. 

“Şəhərin köhnəlmiş infrastrukturunun böyük hissəsi Tehran Şəhərsalma Ali Şurası tərəfindən tarixi infrastruktur kimi tanınır. Bu məsələ Bələdiyyə İdarəsinin həmin hissədə yenidənqurma işləri aparmasına maneçilik yaradır. Halbuki, şəhərin bu hissəsində ciddi yenidənqurma işlərinə ehtiyac var”- deyə o bildirib.

Məhəmməd Xalid Hatəmi əlavə edib ki, “Urmunun 700 hektar köhnəlmiş infrastrukturundan sadəcə 400 hektarı köhnəlmiş infrastruktur kimi qəbul olunur. Bu məsələ öz həllini tapmasa, o hissələrdə heç bir iş görmək mümkün olmayacaq.”

“Hazırda ölkədə inşaat işlərində durğunluq yaşanır, bu sahədə münasib gəlir əldə etmək mümkün deyil. Bu məsələ də köhnəlmiş infrastrukturun yenilənməsi ilə bağlı yaranan durğunluğa təsir edir”- deyə Şəhər Şurasının üzvü sözlərinin sonunda vurğulayıb.

Gunaz.TV

15:45