Bolqarıstan “Cənub dəhlizinə” görə Rusiyadan üzr istədi

Bolqarıstan “Cənub axını” qaz kəməri layihəsinin iflasa uğramasına görə Rusiyada üzr istəyib.

Xudaferin.eu xəbər verir ki, belə bir bəyanatla ölkənin baş naziri Boyko Borisov Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında çıxış edib.

Bu haqda Kremlin jurnalisti Dmitri Smirnov “Twitter” səhifəsində məlumat paylaşıb.

Bolqarıstan prezidenti “Cənub axının” baş tutmamasına görə üzrxahlıq edib:

“Kin saxlamadığına görə, Rusiyaya minnətdaram. Böyük hər zaman (kiçiyi) bağışlayır”, - deyə Borisov bildirib.

Putin isə buna cavabında:

“Mən kimin böyük, kimin kiçik olduğu kimi söhbətlərdən bir az sıxılıram. Çünki hesabı həmişə böyük olan verir”, - deyə vurğulayıb.

Putin Rusiya və Bolqarıstanın layihənin gerçəkləşməməsinə görə təəsüfləndiyini bildirsə də,  qaz xəttinə başqa tərəfdən – Türkiyədən (“Türk axını”) qoşulmağa çalışacaqlarını diqqətə çatdırıb.

Putin qeyd edib ki, “Cənub axını”nın baş tutmaması “Qazprom”a 800 milyon avroya yaxın ziyan vurub.

Xudaferin.eu

12:40