Bir neçə qanuna dəyişiklik edilir

Sabah Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı parlamentin Mədəniyyət, həmçinin, Aqrar siyasət komitələrinin ilk iclasları keçiriləcək.

Bu haqda Oxu.Az-a MM-dən bildirilib.

İlk öncə MM-in Aqrar siyasət komitəsi öz ilk iclasını keçirəcək. İclasın gündəliyinə dörd məsələ daxil edilib.

Bunlar komitənin MM-in yaz və növbədənkənar sessiyaları ilə bağlı hesabatı, payız sessiyası üçün qanunvericilik işləri planı, “Yaşıllıqların mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə qanun layihələridir. Qeyd edək ki, dəyişikliklər uyğunlaşdırma xarakterlidir.

Gün ərzində ikinci iclas MM-in Mədəniyyət komitəsinin iclası olacaq. İclasın gündəliyinə doqquz məsələ daxil edilib.

Bunlar Mədəniyyət komitəsində 2018-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat, Mədəniyyət komitəsinin 2018-ci ilin payız sessiyası üçün iş planı, o cümlədən, “Televiziya və radio yayımı haqqında” , “İctimai televiziya və radio yayımı haqqında” , “Teatr və teatr fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” , “Mədəniyyət haqqında”  və “Milli arxiv fondu haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələridir. 

İclasda, həmçinin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi məsələsi də müzakirə olunacaq.

Gün ərzində üçüncü iclas kimi Əmək və sosial siyasət komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur. Lakin iclasın vaxtının dəyişdirilmə ehtimalı da var.

Oxu.Az

16:37