“Bank of America” manatla bağlı proqnoz verdi

“Azərbaycan manatının məzənnəsinin daha da möhkəmlənməsi üçün əsaslı potensial yaranıb”.

Xudaferin.eu-nun məlumatına görə, “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın nüfuzlu “Bank of America” bankının Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovski bildirib. 

Baş iqtisadçı hesab edir ki, Azərbaycanda həyata keçirilən makroiqtisadi islahat tədbirləri fiskal və pul-kredit siyasəti baxımından müvəffəqiyyətlə davam etdirilir. 

Bank sektorunun cari maliyyələşməni və iqtisadi artımı əngəlləməsi tendensiyası müşahidə olunsa da, makroiqtisadi vəziyyət nəzarət altındadır. Pul-kredit siyasətinin sərtləşdirilməsi isə ölkədə devalvasiya təzyiqlərini azaldıb.

Xudaferin.eu

.

18:06