Bakının daha bir ticarət mərkəzində yanğın

Fövqəladə Hallar Nazirliyindən xudaferin.eu-ya daxil olan məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli “Zağulba Mall” ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

 

xudaferin.eu

19:47