“Bakı Metropoliteni”nin bağlanan banklarda pulu qalıb

“Bakı Metropoliteni” QSC-nin ləğv prosesində olan iki bankda qalan vəsaitinin məbləği açıqlanıb.

Xudaferin.eu nəqliyyat müəssisəsinin maliyyə hesabatına istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin lisenziyası ləğv edilmiş “Texnika Bank” ASC-də və “Bank Standard” ASC-də müvafiq olaraq 1,563 mln. manat və 2,146 mln. manat (ümumilikdə, 3,709 mln. manat) pulu qalıb.

Hesabatda bildirilir ki, bağlanmış bankların öhdəliklərini məhkəmənin təyin etdiyi ləğvedici (indiki halda Azərbaycan Əmanətlərin Sığortalanması Fondu) qanunvericiliyə uyğun olaraq tənzimləyəcək. 

Xudaferin.eu

20:24