Azərbaycanda daimi yaşamaq istəyən əcnəbilər üçün yeni tələb müəyyənləşib

10 iş günü ərzində özünün və ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə sənəd təqdim etməyənlərə Azərbaycanda daimi yaşamaq üçün icazə verilməyəcək.

Xudaferin.eu-nun məlumatına görə, bununla bağlı Miqrasiya Məcəlləsinə yeni 55.0.6-1-ci maddə əlavə edilməsi təklif olunur.

Təklif olunan maddəyə görə, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürən şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə Azərbaycanda daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir.

 

xudaferin.eu

15:43