Azərbaycan şirkətlərinin Lvovdakı fəaliyyəti müzakirə edilib

Ukraynanın Lvov vilayəti bizim üçün prioritetdir. Biz həmişə iş adamları üçün Lvovun təhlükəsiz və stabil olduğunu tərəfdaşlarımıza bəyan etmişik.

Xudaferin.eu xəbər verir ki, bu fikri Lvov vilayəti Dövlət Administrasiyasının sədri Oleq Sinyutka ilə görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib.

Görüş zamanı səfir Lvovdakı Azərbaycan şirkətlərinin fəaliyyəti barədə maraqlanıb, onlara göstərilən dəstəyi yüksək qiymətləndirib.

O.Sinyutka Azərbaycan şirkətlərinin aktiv fəaliyyət göstərdiklrini bildirib. 2018-ci il noyabrın sonlarında Azərbaycana səfərlərini məmnunluqla xatırlayan O.Sinyutka bu səfərin ikitərəfli əməkdaşlığın inkişafına təkan verdiyini deyib. Qeyd edib ki, bu əməkdaşlıq daha da inkişaf etdirilməlidir.

Görüşdə yeni iqtisadi layihələr barədə ətraflı müzakirələr aparılıb.

Xudaferin.eu

16:59