Ay Vətən!

Ay Vətən

Uğrunda mən qapı-qapı dilənnəm,
Bayrağına son nəfəslə dirənnəm,
Leysan olub köz qəlbinə ələnnəm,
Canım Vətən,gözüm Vətən,ay Vətən!
Varmı,sənə bu dünyada tay,Vətən!?

Düşmənini dəryaz olub biçərəm,
Qanlarını nar suyu tək içərəm,
Sənin üçün sülaləmdən keçərəm,
Qalx ayağa, zəfər marşın çal,Vətən!
Şəhidlərin qisasını al ,Vətən!

Xankəndimə gedən yollar kəsildi,
Qız-gəlinin yağılara əsirdi.
Bilmirəm ki,quduz haylar nə sirrdi?
Türk elindən çəkməyir əl heç,Vətən!
Dığalari qır,Laçını keç,Vətən!

Dinlərmisən,qayaların inildər,
Aslanların,qaplanların nərildər,
Buludların qara geymiş, guruldar?
Çək qılıncı,yağıları əz,Vətən!
İlan ulduz görməsə ölməz,Vətən!

Sanma uzaqdayam,səni unutdum,
Vətən üçün çilə çəkdim,qan uddum.
Orda ikən dolmuş qara buluddum,
Bomba oldum,Qarabağa at,Vətən!
Son qanımı torpağına qat,Vətən!

 

A qürbət

Çarəsiz qəribə bir zindan oldun,
Nədir,axı sənin dərdin,a qürbət ?
Sanki əməyinlə,alın tərinlə,
Gül əkdin,sən dikən dərdin,a qürbət!

Acdın qucağını, etmədin minnət,
Çəkmədin araya milli bir sərhəd,
Çətin günümüzdə, bu bir həqiqət,
Bizə qanadını gərdin , a qürbət!

Yaşadıq,yaratdıq,mutluyuq sandıq,
Vətən,söyləməkdən bitdik,usandıq.
Röyada vətəni gəzib dolandıq,
Bunu da bizə çox gördün,a qürbət!

İnan ki, nə varın ,nə də dövlətin,
Dəyəri yox imiş şanın ,şöhrətin,
Vətənin müqəddəs qədir-qiymətin
Gozümüz önünə sərdin,a qürbət!

 

Nəvəm Jasminə

Gözəl gözlərinə mən nənən qurban,
A kiçicik qızım,a Jasmiş qızım !
Şirin gülüşünə el-oba heyran,
A lalə dodaqlı,incidiş qızım !

Gözəlsən,zərifsən nülufər kimi,
Səni canlı bir qız saymaq olarmı ?
Dadlısan,şirinsən bal-şəkər kimi,
Heç sənin dadından doymaq olarmı ?

Sarışın saçların üzünə düşür,
Elə bil çözülmüş xalis ipəkdi,
Küsəndə qaşların gəlib birləşir,
Bu qədər naz-qəmzə nəyə gərəkdi ?

Günəşə deyirsən: - 
,, Sən dur,mən çıxim"!
-Aman, kainatı məhv edəcəksən?
Deyirsən:-,,O zaman podyuma çıxım,"
-Bütün gözəlləri dəf edəcəksən !

 

Mərdi-mərdana

Namərd qarşısında qorxub qaçmaram,
Döyüşərəm , amma mərdi-mərdana.
Mən poladam,,sınaram,əyilmərəm,
Savaşaram,amma mərdi-mərdana.

Sərt bir duruşluyam,qəlbim incisə,
Qatıdir qürurum,baxmam heç kəsə.
Lakin cəhv edənlər üzr istəsə
Barışaram, amma merdi-mərdana.

Yalan,iftira nə,onu bilmərəm,
Saxtakarın oyununa gelmerem,
Kim deyir, sevinci,qəmi bölmərəm?
Bölüşərəm,amma mərdi-mərdana.

Xislətim bu,sözün rsöylərəm düzün,
Allaha tapşırram, qoy oysun gözün,
Susaraq yemərəm haqsızın sözün,
Deyişərəm,amma mərdi-mərdana.

Yalanlar məhv etti,məni büsbütün,
Böhtanla günahım alındı hər gün,
Bunları, ey rəbbim, əhf etmək üçün
Çalışaram,amma mərdi-mərdana.

 

Anlamaz

Mən sevəndə çaylar olub çağlaram,
Buludlar tək gizli-gizli ağlaram,
Bu sevgini mən hər kəsdən saxlaram,
Nə sevdiyim,nə başqası,anlamaz.

Saxta sevgi mənim üçün bir heçdi,
Gözümun önündən min Leyla keçdi.
Vəfam,sədaqətim dillərə düşdü,
Nə sevdiyim,nə başqası,anlamaz.

Ürəyim bölünmüs iki ,haçadı,
Məhəbbətdən od püskürən bacadı,
Açsanız qəlbimi parça-parçadı,
Nə sevdiyim,nə başqası anlamaz.

 

Yasəmən

Çoxları bəxtəvər sanırlar səni,
Kim bilir,çəkmisən nələr,Yasəmən?
Hər kəsin keçmişin ,acı günlərin
Özüylə allahı bilər,Yasəmən!

Hər yerdə dışlanıb küncdə qalanlar,
Tənədən üzülüb gözü dolanlar,
Neyləyər,böhtanla çıxdış olanlar?
İmdadı allahdan dilər,Yasəmən!

Bunları dərd etmə,hidayət eylə,
Yaxşı ol, yamana sən bilə-bilə,
Etdiyin əməllər tutub əl-ələ
Vaxt olar qarşına gələr,Yasəmən!

Haram çörək yemə,haram su içmə,
Güclüyə yaranıb haqsızı,seçmə,
Birin darda gördün,ondan yan keçmə,
Qəlbində vicdanın mələr,Yasəmən!

Süfrəndə qıt olsa çörəyin,nanın,
Başın açıq olsa,ayağın yalın,
Sən allahı çağır, uca allahın
Üstündən bu yükü silər,Yasəmən!

Şans olar, deyiblər nadan,çirkində.
Hamının yükünü daşı çiynində
Güclü ol,mətin ol,günün birində
Taleyin üzünə gülər,Yasəmən!

 

Oğlum

Günləri sayıram, bitmək bilməyir,
Bir günün bir aya bərabər gəlir.
Anan dua edir,yaxşı yol deyir,
Ay mənim qayğıkeş,mehriban oğlum,
Yaman darıxmışam,qurbanın olum!

Sən mənim həyatda ən şirin canım,
Sənsən damarda dövr edən qanım,
Sənsən yer üzündə şahım,sultanım,
Güneyim,Quzeyim,ey Batım,Doğum,
Yaman darıxmışam,qurbanın olum.

Sən demə, aldığım nefes sənmişsən,
Sanki Cəbrailsən,göydən enmişsən,
Zevsə ən yaxın,Nuha tenmişsən.
Gündə neçə dəfə boşaldım,goldum,
Yaman darıxmışam,qurbanın olum!

De necə dayanım,necə dözüm mən,
Gecələr yatmıram xəyalımda sən.
Deyirəm-,,Zəngimiz çalaydı,birdən
Qapıdan girəydi Koroğlum,Bolum."
Yaman darıxmışam,qurbanın olum!

Gəldin,gəlişinlə günəs doğacaq,
Gəldin,qaranlığım işıq olacaq,
Gəldin,ürəyimə fərəh dolacaq.
Gəl sənə sarılım,qoxlayım,doyum,
Yan darıxmışam qurbanın olum!

 

Qızım,toyun mübarək!

Çatdın arzu,kamına,
Qızım,toyun mübarək!
Tanrı yetsin dadına,
Qızım,toyun mübarək!

Qanadlanıb uçursan,
Günəs olub saçırsan,
Bu gün gəlin köçürsən,
Qızım,toyun mübarək!

Barmaqların hənalı,
Qəlbin,üzün həyalı,
Qədəmlərin sayalı
Qızım,toyun mübarək!

Gözəlsən hər çiçəkdən,
Sevimlisən mələkdən,
Anan deyir, ürəkdən:-
-,,Qızım,toyun mübarək!"

 

Yasəmən Qara

xudaferin.eu

 

17:26