Qoşa çinar nağılı (poema)

1 -ci Vətən müharibəsidə Füzuli rayonu Hoğa kəndinin ilk şəhidləri Elman Quliyevə və Əbülfət Əliyevə həsr olunur.

Nəvələri gözləyirdi nənəsini
bayaqdan,
Gah uzanır,gah da qalxır,
boylanırlar yataqdan.
Nənə nağıl söyləməsə, yuxuya getməzdilər,
Nənə nağıl başladısa,
şıltaqlıq etməzdilər.
Zaman çatdı,saat səkkizi keçdi,
Nənə gəldi,nağıl vaxtı yetişdi.
On beş yaşlı Raul sual etdi,
,,nənə", dedi:
-,,Hər axşam o təpədə
bir cüt tonqal alovlanır,odlanır,
El içində təpə, niyə,
,,Qoşa çinar"-adlanır?
Çox keçmədən insanların
üzündə qəm görünür,
Sonra həzin nəğmə səsi
kəndimizi bürüyür."

Nənə dedi:
-Böyümüsüz,
onun sirrin açım,gülüm,
Bu gün sizə
,,Qoşa çinar"nağılını
mən söyləyim.
Sevincək bir,,Ura!"- çəkdi,
kiçicik Yasəmənim:
,,-Nağıl gəlsin,nağıl gəlsin"-söylədi
ağ gülbənim.

Nənə bir az getdi fikrə,
Başladı bu hekayəyə:
-,,Bilirsiniz,vətənimiz,
həm dövlətli,həm sərvətli ölkə olub,
Tarix boyu düşmənlərə,sanki
yağlı tikə olub.
Məth etmişəm nağıllarda
sizə neçə qəhrəmanı,
Nənələrdən eşitmişəm mən də belə nağılları.
Yurdumuza göz dikənlər
yenə nankor ,,hay"lar oldu,
Qurqen,Aşot silahlandı
bizə qarşı,cəbhə aldı.
Min bir fitnə-fəsad ilə
Türkə qarşı kin tutdular,
Bir əsrdə neçə dəfə aldıqları
,,Türk silləsi"n unutdular.
Məqsədləri yurdumuzu talan edib,soymaq idi,
İşğal altda obamızı tamam viran qoymaq idi.
Söyləmişəm,Azərbaycan qəhrəmanlar diyarıdı,
Oğulları pələnglərlə,aslanlarla tən yarıdı!
Unutmayın,bizə düşmən
qəddar,mənfur ermənidi!
Çörəkləri dizi üstdə,
zalım,nankor ermənidi!"

,,-Bu düşmənlər o gün ki,var
üstümüzə ayaqlandı,
İgidlərim əlbir oldu,
bir-birinə
dayaqlandı.
Qoç Elmanım,Əbülfətim
bir an durub dilcəlmədi,
Fürsət tapıb düşmənlərin
başlarına od ələdi!
Çox igidlik göstərdilər,
sinələri sipər oldu,
Döyüşdülər,vuruşdular,
diləkləri zəfər oldu!
Neçə-neçə yağıların murdar qanın axıtdılar,
Hərbi kəşfiyyat etdilər,mövqelərin dağıtdılar.
Zalım düşmən fürsət tapıb
yol-irizi minaladı,
Alçaq,qəddar niyyətlilər igidləri paraladı...
Bax,o gündən,nəvələrim
,elim,obam yasa batdı,
Ağ qanadlı pərilərim
qanadlandı,aya çatdı".

Deyəsən,bu hekayəni
Yasəmən,heç anlamadı,
Nənə yavaş dönüb baxdı,
uşaq şirin yuxudadı.
Yeddi yaşlı İbrahimsə,
taxılmışdı çinarlara.
Dinlədi bu hekayəni,
düşündü ki:
,,Bəs çınarlar getdi hara?"
Bir azacıq qımıldandı,
yerindəcə rahatlandı,
döndü,dedi:,,Ay nənəcan,
hanı ,,Qoşa çinar"yalın?
Gözləyirəm mən bayaqdan
,,Qoşa çinar" nağılın...!"

Nənə dərin bir ah çəkdi:
-,,Gözəl balam,indi dinlə!
Bunu sənə başa salım öz dilinlə.

Epizod
Epizod
Aslanlarım,hələ mən çox uşaq idim...
Nağıllar dinləyirdim,..
dərddən,qəmdən uzaq idim...
El-obadan eşitmişdim:
,,Qoşa çinar dərəsi."
Mən nənəmi
sorğuladım:
-,,Nədir,onun mə'nası?"
Nənəm dedi:
-,,O dərənin başinda bir,
cüt çinar var,
O çinarlar yola salıb neçə-neçə,,nuh"babalar,
Bu,nə sirdir,bilinməyir,
elə göyə qanad atır,
Çinarlara görə dərə,
,,Çinar dərəsi"
adlanır!"

,,Balalarım,baxırdım ki,
çox məğrurdu,
bu çinarlar,
Düşünürdüm,kaş
biləydim,
,,ağacların nə sirri,var?"
Ona görə ,,igidləri"
,,Qoşa çinar"-adlandırdım,
Nağılımda o təpədə
tonqalların odlandırdım.

Axşam olcaq,gördüyünüz
tonqalların şö'ləsində
mürgüləyir,
mənim ,,qoşa qəhrəman"ım,
Saf mələklər çöhrəsində
nəğmə deyir,
Əbülfətim,Elmanım.
Şəhidlərin nəğməsi:

,,Nə yaman tez soldu,
mənim gəncliyim,
Yoxsa ta'leyimdən
küsüb-inciyim?
Dərd çəkməkdən
itib-batıb
dincliyim,
Yaman darıxıram,
yardan,
ay ellər!..
Yaman darıxıram,
yaman,ay ellər!..

Anamın saçların
bürüdü ağ dən,
Qalan ömrü
seçilmədi
,,qəbir"dən,
Axı şəhid oldum,
ölməmişəm mən,
Yaman darıxıram,
ondan,
ay ellər!..
Yaman darıxıram,
yaman,ay ellər!..

Elimdən mən ayrı düşəndən bəri,
Boynu bükük yarım,
dilim əzbəri!
Qoy bilsin,yolumu
gözləyən pəri,
Enmərəm,bir daha
yaldan,
ay,ellər!..
Yaman darıxıram,
yaman,ay ellər!.."

,,-Baxın,bu səs öz sirrini,
həm beləcə
saxlayır,
Həm hüzünlü sədaları
ürəkləri dağlayır."

Raul dərin nəfəs
aldı,
gözlərini ovaladı.
Dedi ki,mən
çox eşitdim
böyüklərdən
,,qəhrəmanlar nağılı",
Amma ,nənə,bilmem nədi,
mənə daha
doğma
gəldi,
,,Qoşa çinar" nağılı!
İbrahimsə döndü,baxdı,
...İbrahimsə döndü,baxdı,..
_______________
Gözlərindən yuxu
axdı.
Dedi:-,,Nənə,
durur yenə,
,,Qoşa çinar" ağacları
o yamacda?"
,,-Bilməyirəm,mən,ay bala!"
Nənə dedi,
-,,Amma,
,,mənim çinarlarım"
əbədidi!
Ağ qanadlı mələklər
tək,
Gül ətirli küləklər
tək
yaşayacaq
miracda!
Bir gün gələr,
balalarım,
siz də baba
olarsınız,
Şirin-şirin nəvələri
qoynunuza
alarsınız...
,,Qoşa çinar"nağılını,
yaxşı-yaxşı
öyrənin siz,
Çünki onu nəsillərə
ötürməkdi,
vəzifəniz!"

Nənə baxdı,nəvələri
yuxudadı,
mışıldayır..,
Sanki onlar
öz-özünə,
,,Qoşa çinar"nağılını
pıçıldayır...

Yasəmən Qara
Xudaferin.eu

10:24