Alışanov İTV-ni zəbt edib: yeniyetmə qohumu rəhbər gətirildi - ÖZƏL

 

AzTV sədri Arif Alışanov İctimai Televiziya və Radio Şirkətində (İTV) ailə podrat şirkəti açıb. Politika.Az-a verilən özəl xəbərə görə, öz qohum-əqrəbasını telekanalda müxtəlif vəzifələrə yerləşdirən Alışanov daha bir təyinata nail olub. AzTV sədri öz qardaşı qızı Natəvan Alışanovanı İctimai radionun direktor müavini qoydurub. Maraqlısı budur ki, peşəkar bir KİV olan İctimai radioya təyin olunmuş direktor müavini ali məktəbi yeni bitirib. Teleradio təcrübəsi 10 il olan peşəkarlar belə bunca yüksək pilləyə qalxa bilmir. N.Alışanovanın karyerası ilə ildırım sürəti ilə irəliləyib. O, əmisinin sayəsində rəhbərliyə gətirilib. Bu da radio daxilində müzakirələrə səbəb olub. Ali məktəbi yeni bitirmiş və radio təcrübəsi yüksək səviyyədə olmayan bir gəncin direktor müavini təyin olunması narazılıqla qarşılanıb. A.Alışanov isə radio sənətinə dükan kimi baxaraq qardaşı qızına vəzifə hədiyyə edib. N.Alışanova Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tələbəliyi təzə qurtarmış gənc xanımın adioda direktor müavini işləməsi peşəkarlarda ikrah hissi oyadıb.
Politika.Az xəbər verir ki, Arif Alışanov öz sahəsinin mütəxəssisi olaraq uzun müddət texniki istehsalat birliyində çalışıb. Sonralar Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib. 2005-ci ildə "Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub. AzTV rəhbəri ola bilər, iqtisadi məsələlərdə hansısa bir uğuru ilə seçilsin. Lakin jurnalistika sahəsində, xüsusən də telejurnalistikada peşəkar deyil. Bu problemin acısını Arif Alışanovun əvəzinə niyə axı dövlət televiziyasının çoxmilyonluq auditoriyası çəkməlidir? Qulu Məhərrəmli AzTV rəhbərinin ünvanına tənqidlər səsləndirəndə təbii ki, potensial Azərbaycan seyrçisinin ümumi qənaətini ortaya qoyub.

Politika.Az

11:21