ABŞ səfirliyi Azərbaycan üçün viza prosedurlarından danışdı

Azərbaycan vətəndaşları üçün ABŞ vizası almaq üçün prosedurda heç bir dəyişiklik edilməyib. 

Xudaferin.eu xəbər verir ki, bu barədə Report-a sosial şəbəkələrdə xarici sayta istinadən yayılan Donald Trampın Azərbaycan üçün viza rejiminin ləğv edilməsinə dair fərman imzalaması haqqında məlumatı şərh edərkən ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər. 

“ABŞ səfirliyi bu informasiyanın həqiqətəuyğun olmadığını və Azərbaycan vətəndaşları üçün ABŞ vizası almaq üçün prosedurda heç bir dəyişiklik edilmədiyini təsdiqləyə bilər”, - səfirlikdən bildiriblər. 

Xudaferin.eu

13:18