100 min kürd azərbaycanlıların şəhərini tərk etdi

 

İraq ordusunun Kərkükü nəzarətə götürməsindən sonra 100 minə yaxın kürd şəhəri tərk edib.
 

Bu sözləri Ərbil valisi Navazd Xadi deyib. Onun sözlərinə görə, 18 min kürd ailəsi Kərkükü və Tuzhurmatunu tərk edərək Ərbil və Süleymaniyyə şəhərlərində sığınacaq tapıb. Bundan əlavə, kürd lider Mustafa Bərzaninin müavini Xemid Xavrami isə Tvitter hesabında kürdlərin İraq ordusunun soyğunçuluğundan və zülmündən qaçdığını yazıb.

Qeyd edək ki, İraq Baş naziri Heydər Abadi Kərkükdə təhlükəsizliyin təmin olduğu barədə bəyanat vermişdi.
Qeyd edək ki, diktator Səddam Hüseynin uzun illər hakimiyyətdə olduğu dönəmlərdə də İraq Türkmanlarına qarşı açıq şəkildə repressiya və aoyqırım siyasətləri yürüdülmüşdür. 2002-ci ildə Səddam Hüseyn diktaturası devrildikdən sonra, ötən 16 il ərzində həmin missiyanı kürdlərə məxsus terror birləşmələri həyata keçiriblər. Beləliklə də Məsud Bərzani ona tabe olan kürd peşmərgələri ilə birlikdə Türkmanlara qarşı daha sərt davranış nümayiş etdirirdi. Son günlər İraq Ordusunun silahlı qüvvələri tərəfindən ilk öncə Kərkük və bunun ardınca isə Ərbil kimi iri şəhərlər kürd terrorçularından tamamilə təmizlənmişdir. İndi sırada Mosul şəhəri durur.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

09:41