Zəngilanda “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi başa çatmaqdadır

Müharibədən sonrakı mərhələdə Böyük Qayıdış üçün surətlə davam edən yenidənqurma işlərinin şahidiyik. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi başa çatmaqdadır.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri yanvarın 31-də keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov ifadə edib.

Elçin Əmirbəyov bildirib ki, ikinci “Ağıllı kənd” layihəsi Füzulinin Dövlətyarlı kəndində həyata keçiriləcək. Əsas hədəf işğaldan azad edilmiş ərazilərdə ağıllı layihələrin reallaşdırılmasına qadınların cəlb edilməsidir.

Xudaferin.eu

 

 

 

15:39