Xorvatiya ictimaiyyəti Azərbaycanın Müstəqillik Günü barədə məlumatlandırılıb

Xorvatiyanın nüfuzlu və geniş oxucu kütləsinə malik "Nacional" jurnalında Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun Müstəqillik Gününə həsr olunmuş geniş məqaləsi dərc edilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyəti, eləcə də ölkəmizin müstəqilliyini bərpa etməsi barədə ətraflı məlumat verilib. 1918-ci il mayın 28-də müstəqil, azad, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olması, habelə 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmasında olan rolundan danışılıb. Eyni zamanda, çətin bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən görülən fəaliyyət nəticəsində ölkəmizin beynəlxalq hüququn subyektinə çevrilməsindən söhbət açılıb. XX əsrin sonlarında yenidən öz müstəqilliyini qazanan dövlətimizin keçdiyi çətin, əzablı tarixi yol barədə məlumat verilərək, həyata keçirilmiş qətiyyətli və müdrik siyasət nəticəsində Azərbaycanın müstəqil və suveren ölkə kimi mövcudluğunu qorunduğu, müasir dövrdə regionun lider ölkəsinə çevrildiyi bildirilib.

Qeyd olunub ki, bir ərazini vətənə, dövlətə çevirmək üçün güclü siyasi iradə və milli kimlik ən vacib amillərdir və Ulu Öndərin məşhur "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam" ifadəsi məqalədə xüsusi vurğulanıb.

İqbal Hacıyev

Xudaferin.eu


 

15:47