XOCALI

(poema)
Daş körpənin dilindən

Proloq

"Ya Qarabağ, ya ölüm,
Başqa yolu yox artıq!"-
Deyəsən unutmuşuq,
Qan quruyubdur artıq?

Vətən dediyin bu yer
Yaddan çıxıbsa əgər,
İndi doğru cavab ver,
Qeyrət satılıb məgər?
Budur Vətən torpağı,
Budur Vətən bayrağı?
Hanı boz canavarlar,
Hazırkı mərd oğullar?

Haray, yenə də haray,
Cihad savaşdır artıq!
Qanlı qış gecəsindən
Neşə gün keçir artıq!

l hissə
YAŞAMAQ İSTƏYİRƏM Bu haray elan deyil,

Lal körpə harayıdır,
Bizi tək analar yox,
Dünya anlamalıdır!
"Vətən"nin igidləri
Dəyanət istəyirəm!
Yağıya ölüm gərək,
Əsirtək istəmirəm!
Nifrətimlə yenidən
Bir savaş istəyirəm,
Kələklər yetər artıq,
Canlı hay istəyirəm!

Qəlpə dəyən, ayılan
Sağ dığa istəmirəm,
Boş hədəfə şığıyan
Bir güllə istəmirəm!

Söyün dünya tanısın
Qoy vəhşi toxumları,
Sözdə dövlət sayılan
Əkiz -"xaç" tutanları.
Hamı dava gözləyir,
Mən dava istəmirəm,
Doğmaca torpağımı
Tam azad istəyirəm!

Kürsüdən çığırmağa
Mif, yarış istəmirəm!
ATƏT özünə gülür,
Mən alqış istəmirəm.

Yenidən dağ aşmağa
Yoxdur daha taqətim.
Didəm qanla dolsa da,
Budur lal vəziyyətim.
Duyan yoxdursa əgər,
Kimə gərək niyyətim?
Qisas alın, baş kəsin,
Qana-qan istəyirəm!
Ey şanlı Milli Ordum,
Mərhəmət istəmirəm.
Haylar ölü can versin
Canlı can istəmirəm.

Əsir kimi sağ qalan,
Bir canlı istəmirəm,
Yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm!

ll hissə

BİR ANA QUCAĞINDA Mən bir uşaq doğuldum

Yaşamağa cahanda.
Tam haqqımla vətəndaş,
Xocalı torpağında.
Qəsd olundu yurduma
Gecənin son çağında.
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.

Bilmədim sevgi nədir,
Bilmədimhəyat nədir.
Bölmədim sevincimi,
Bildirmədim dərd nədir.
Bilmədim ölmək üçün
Günahlarım bəs nədir?
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.

Mənim yaşda günahsız
Körpələr nəqədərdir?
Qoy duysun bəşəriyyət,
Bəlkə yüz minlərlədir.
Bu quduzluq, soyqırım,
Qan dünyaya ləkədir.
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.

Qoca, qadın, ya körpə-
Heç kimə baxmadılar.
Qışqıran hər bir kəsin
Başından vururdular.
Məni möhkəm vurdular,
Yəqin ölmüş sandılar.
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.

Qızdır məni, ey Günəş,
Mən bəşər övladıyam.
Ananın qucağında
Donmuş buz parçasıyam.
Bir daş olsam da belə,
Ruhum bilir hardayam.
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.

Epilog

Hər il gəlib keçirik
Heykəlinin önündən,
Sənə baxa bilmirik,
Gizlənirik gözündən.
Dünyaya göstəririk,
Guya səni anırıq,
Əslində belədeyil,
Xəcalətli qalırıq.
Tezcə qisas alınsa,
Sevincimi bölərdim.
Hayların göz yaşını
Qanlı güllə silərdim.

Bilmirəm nə istəyir,
İblis yenə"vur" deyir.
İnsanlıq sülhü sevir,
Hami bizə"dur" deyir.

Ey çırpınan canlı daş,
Kaş bitəydi bu savaş,
Öz yurduna dönəydi
İnsanlar yavaş-yavaş!
Son
23/25.02.2016
Ədalət Bədirxanlı.

Xudaferin.eu

14:57