XİN: Azərbaycan və Misir arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik

Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tviter hesabında paylaşım edilib.
“Martın 27-si Azərbaycan və Misir arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Misir hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Misir arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik”, - deyə paylaşımda bildirilib.

Xudaferin.eu

15:49