Vladimir Zelenski soydaşımızı medalla təltif edib

Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərin orden və medallarla təltif edilməsi haqqında Fərman imzalayıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, təltif edilənlər arasında Ukraynada yaşayan soydaşımız da var. Vladimir Zelenskinin Fərmanı ilə Ukrayna Baş Prokuror Ofisi Departamentinin şöbə müdiri Samir Şirxan oğlu Allahverdiyev “Xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Qeyd edək ki, Samir Allahverdiyev uzun müddətdir Ukrayna hüquq-mühafizə orqanlarında çalışır.

Emil Hüseynli

Xudaferin.eu

12:03