Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Azərbaycan uzun illər ərzində işğal altında qalan ərazilərini geri qaytarmaqla digər ölkələrə də ümid vermiş oldu.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike-Freyberqa “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumundakı çıxışında ifadə edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürünü bildirən Vayra Vike-Freyberqa deyib: “Prezident İlham Əliyev bu dəstəyi bizim Mərkəzin fəaliyyətinə müdaxilə, təsir və ya göstəriş etmədən verib. Azərbaycan Prezidenti bizim forumda müzakirə etmək istədiyimiz məsələlərə də heç vaxt qarışmayıb. Biz məsələləri tamamilə müstəqil şəkildə müzakirə edirik. Biz düşüncə, ifadə və söz azadlığına görə minnətdarıq”.

Xudaferin.eu

15:16