Türk dili qlottogenezi, tarixi gramer və tarixi dialektologiya sahəsində ciddi araşdırmanın olmaması, Prototürk dilinin və Türk dili ailəsinin hansı məkanda və hansı çağda yaranması, özəlliklə bu protodilin hansı çağda dağılmasına yönəlik öylənən fikirlərin arxeoloji bəlgələrə dayanmaması türklərin etnogenezi haqqında Türkoloji elmində çox fərqli fikirlər ortaya çıxarmışdır. Vaxtilə fərziyə kimi ortaya çıxan və hələ də sübut olunmamış yanlış «Altay dil ailəsi» teoriyası Türkologiyada dərin kök salsa da, türk etnogenezi elmini də çıxmaza soxmuşdur. Bu nədənlə həmin yanlış teoriyaya qarşı «Urmu teoriyası» irəli sürülmüşdür.
Əksər protodillər m.ö. IV minildə iqlim dəyişmələri səbəbilə başlanan köçlərlə muxtəlif qollara ayrılmış, ayrı-ayrı çağlarda bu qollardan yeni dialektlər, dillər törəmişdir.
Orta Avropada yaranmış protohindavropa, Uralda yaranmış protofinuqor, Quzey Qafqazda yaranmış protoqafqaz, Ərəbistan yarımadasında yaranmış protosami və başqa dil ailələrinin keçdiyi bu yol Türk dil ailəsi üçin də keçərlidir. Belə ki, Ön Asiyada yaranmış prototürk dili m.ö. IV minilin ortalarında batı və doğu qollara ayrılmış, doğuya gedən prototürk urugları Orta Asyadan İtil yaxalarına və Altaya qədər ayrı-ayrı bölgələrdə ikinci Atayurdlar salmışlar. Miladdan öncə IV-II minillər arasında doğuya miqrasiya etmiş türk qolunun Altayda saldığı ikinci Atayurd türkologiyada
yanlış olaraq türklərin ilkin Atayurdu kimi yorumlanmışdır.
Bu problemi ayrı-ayrılıqda arxeoloji, kultur, etnografik və dilçilik baxımından çözmək istəyənlər olmuşdur. Ancaq türk etnosunun tarixinə xronoloji ardıcıllıqla deyil, tarixin müəyən sinxron kəsiyində və diaxroniyadan kənarda baxılmış, arxeoloji bəlgələr nəzərə alınmadan Ön Asiyanın dışında harada türk varsa, ora ikinci deyil, ilkin Atayurd sayılmıştır.
Urmu Nəzərriyəsi (Video)

Xudaferin.eu
23:55