Ukraynalı deputat: Azərbaycanla Ukrayna arasında əməkdaşlıq üçün yeni imkanlar yaranıb
Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədrinin müavini Lyudmila Marçenko Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Radanın deputatını salamlayan F.Muradov dünya ictimaiyyətinin məlumatlandırılmasında, erməni yalanlarının ifşa olunmasında dost Ukrayna xalqının Azərbaycana dəstəyini yüksək qiymətləndirdiyini və iki ölkə arasında münasibətlərin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qəbula görə komitə sədrinə təşəkkür edən Lyudmila Marçenko Azərbaycanın qazandığı böyük Zəfərin əhəmiyyətinə toxunub və bu Qələbədən sonra Azərbaycanla Ukrayna arasında əməkdaşlıq üçün yeni imkanların yarandığını bildirib.
Deputat ölkələrimiz arasında informasiya mübadiləsinin gücləndirilməsinin aktual mövzu olduğunu xüsusi ilə vurğulayıb və “Azərbaycan-Ukrayna” Beynəlxalq Media Platformasının yaradılması üçün fəal əməkdaşlığa başlanıldığını əlavə edib.
Qeyd edək ki, Lyudmila Marçenkonu Azərbaycan səfərində “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadov müşayiət edir.

Xudaferin.eu
12:11
Digər xəbərlər