Ukrayna və Moldova KİV-i Robert Koçaryanın və Serj Sarqsyanın beynəlxalq axtarışa verilməsi barədə məqalələr dərc edib

Ukrayna və Moldova KİV-i Ermənistanın sabiq prezidentləri Robert Koçaryanın və Serj Sarqsyanın Azərbaycanın Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək beynəlxalq axtarışa verilməsi barədə məqalələr dərc edib.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna” informasiya agentlikləri və “Noi.md” xəbər portalında dərc olunan məqalələrdə Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyevin açıqlaması yer alıb.

Məqalələrdə Emil Tağıyevə istinadla qeyd olunur ki, Robert Koçaryan və Serj Sarqsyan 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə şəhərin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçiriblər: “Onlar Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu, azərbaycanlıları işdən qovmağı, şəhərdən və Dağlıq Qarabağdan zorla köçürməyi, evlərini yandırmağı təbliğ etdiklərinə, özbaşına olaraq özlərinə dövlət hakimiyyəti nümayəndələrinin adını verərək, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq 1991-ci il sentyabrın 2-də keçmiş Şaumyan rayonu da birləşdirilməklə, “Dağlıq Qarabağ Respublikası”nın elan olunması, bütün hakimiyyətin vilayət xalq deputatları sovetliyinə və onun icraiyyə komitəsinə verilməsi, həmin ərazidə Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarının qüvvədən düşməsi barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər”.

Emil Hüseynli

Xudaferin.eu

16:04