Ukrayna mediası Azərbaycan Müdafiə Nazirliyinin Ermənistana xəbərdarlığına dair bəyanatına geniş yer ayırıb
Ukraynanın mətbuatı Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın gərginlik yaratmaqla bağlı xəbərdarlığına dair məlumatına geniş yer ayırıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “Antikor”, “Yevropeyskaya Pravda”, “Azadlıq Radiosu”nun Ukrayna redaksiyası və digər informasiya agentlikləri, xəbər portallarında dərc olunan məqalələrdə son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkətinin müşahidə olunduğu qeyd edilir.
Azərbaycan Müdafiə Nazirliyinə istinadla bildirilir ki, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
"Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır. Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir", - deyə Ukrayna mətbuatında yazılır.

Emil Hüseynli
Xudaferin.eu
09:10
Digər xəbərlər