Ukrayna KİV-ləri Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyətinə geniş yer ayırıb

Ukraynanın aparıcı KİV-ləri Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri barədə geniş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, UNİAN informasiya agentlikləri və digər portallarda dərc olunan məqalələrdə iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının əhəmiyyəti qeyd olunub.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladığı sənəd Avropa ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Anlaşma Memorandumu 2027-ci ilə qədər Aİ-yə hər il ən azı 20 milyard kubmetr qaz tədarük etmək üçün Cənub Qaz Dəhlizinin gücünü iki dəfə artırmaq öhdəliyini ehtiva edir.

Emil Hüseynli

Xudaferin.eu

16:00