Türkiyə Milli Müdafiə Nazirliyi: Qəhrəman Azərbaycan Ordusu Laçına daxil olub

Qardaş Azərbaycan Qarabağda əldə olunan böyük zəfərdən sonra işğal altındakı torpaqlarına qovuşmaqda davam edir. Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra bu dəfə də Laçına daxil olub. Qarabağ Azərbaycandır!

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu ifadələr Laçın rayonunun işğaldan azad olunması münasibətilə Türkiyə Milli Müdafiə Nazirliyinin internet səhifəsində yer alan paylaşımda əksini tapıb. Paylaşımda şanlı ordumuzun Laçın rayonuna daxil olmasını əks etdirən görüntülər də yer alıb.

Xudaferin.eu

12:15