Türkiyə mediası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərini geniş işıqlandırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri Türkiyə kütləvi informasiya vasitələri, o cümlədən Anadolu agentliyi, “TRT Haber”, “Haber Global” telekanalları, “Təqvim”, “Yeni Şafak”, “Akşam” və digər qəzetlər tərəfindən geniş işıqlandırılıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə mediasının yaydığı xəbərlərdə Prezident İlham Əliyevin səfər çərçivəsində söylədiyi fikirlər, o cümlədən işğal altındakı torpaqların amansızcasına dağıdılması, 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan böyük Zəfər, düşməndən azad olunan ərazilərdə aparılan bərpa işləri və digər məsələlər barədə verdiyi mesajlar türkdilli oxucuların diqqətinə çatdırılıb.

Xudaferin.eu

 

11:41