Türkiyə mediası Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfərini geniş işıqlandırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyevanın aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, “Haber global”, “TRT Haber”, “TRT Avaz” telekanalları, “Sabah”, STAR və digər qəzetləri Prezident İlham Əliyevin Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirakı, buradakı hərbi arsenal, o cümlədən avtomobil və avadanlıqlarla tanış olması, hərbi qulluqçular ilə görüşü və çıxışı, bölgədə yeni təməlqoyma mərasimlərində iştirakı, bərpa işləri ilə tanışlığı, vətəndaşlarla söhbəti və səfərin digər mühüm məqamları barədə materialları video və fotoların müşayiəti ilə təqdim ediblər.

Bir sıra materiallarda AZƏRTAC-ın fotolarından da istifadə olunub.

 

Sabir Şahtaxtı

Xudaferin.eu

15:14