Türk Dünyasının iki böyük takımı görüşəcək

 

Güney Azərbaycanın “Traxtur və Türkiyənin “Beşiktaş” futbol takımları meydana çıxacaq

Güney Azərbaycanın “Traxtur” futbol takımı Türkiyənin “Beşiktaş” takımı arasında yoldaşlıq görüşü baş tuta bilər. “Traxtur” futbol takımının icraçı direktoru Mustafa Acorlu İstanbulda “Beşiktaş” klubunun ikinci başkanı Əhməd Nur Çebi ilə görüşərək çox yaxın  gələcəkdə hər iki takım arasında yoldaşlıq görüşləri və akademik əməkdaşlığın digər sahələrini müzakirə ediblər. Müzakirələr zamanı iki takım arasında qarşılıqlı olaraq Tərbiz və İstanbul şəhərlərində yoldaşlıq görüşü keçiriləcəyi barəsində qərar verilib. “Traxtur” futbol takımı seçilmiş oyunçuları “Beşiktaş”ın Futbol Akademiyasına daxil olacaqlar. Bununla da onların Türkiyə və Avropanın mötəbər liqa yarışlarına yol tapması üçün şərait yaranacaq.

Qeyd edək ki, bir neçə il öncə isə “Traxtur”la Türkiyənin “Qalatasaray” takımları Tərbiz və İstanbul şəhərlərində yoldaşlıq görüşü keçiriləcəyi barədə qərar verilmişdi. Lakin görüş İranın mollakrat-fars rejiminin təhlükəsizlik qüvvələrinin(Ettelaat və sepah) təzyiqi nəticəsində ləğv edilmişdi.
 

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:09