Türk Dövlətləri və topluluqlarının milli kitabxanalar birliyi yaradılacaq

 

 

Türkiyə Baş Bakanlıq yanında “Türk Dövlətləri Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi Statusu” layihə mətni oktyabrın 30-dan noyabrın 2-dək Antalyada keçiriləcək iclasda milli kitabxana rəhbərlərinə təqdim olunacaq.

 

2016-cı il noyabrın 14-dən 17-dək Türkiyədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıprıs, Qaqauz Yeri, Başkortstan, Saxa (Yakutiya), Tatarıstan respublikaları milli kitabxanalarının iştirakı ilə “IV Türk Dövlətləri Topluluqlar Milli Kitabxana Rəhbərləri Toplantısı” keçirilib. Bu toplantıda alınan ortaq qərara əsasən, birlik işlərinin hüquqi bazaya oturdulması, beynəlxalq rəsmi bir konfrans statusunda daha fəal və faydalı hala gətirilməsi məqsədi qarşıya qoyulub. İclasda, həmçinin mərkəzi Ankara olmaqla birliyin Türkiyə qanunvericiliyi əsasında yaradılması, hər cür iş və prosesin qanunvericilik çərçivəsində aparılması, müvafiq işlərə Türkiyə Milli Kitabxanasının rəhbərlik etməsi məsələlərində razılığa gəlinib. Bu iclasın yekun sənədi milli kitabxana nümayəndələri tərəfindən imzalanıb.

Bu proseslərin nəticəsində müvafiq ölkələrin də dəstəyi ilə hazırlanan “Türk Dövlətləri  və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi Statusu” layihəsi Antalyada keçiriləcək iclasda iştirakçıların təsdiqinə təqdim olunacaq. Toplantıda, Azərbaycan, Başkortstan, Qaqauz Yeri, Qazaxıstan, Quzey Kıprıs, Qırğızıstan, Özbəkistan və Tatarıstan qurucu üzv, Bosniya və Herseqovina, Saxa (Yakutiya), Makedoniya, Kosovo, Monqolustan milli kitabxanaları isə müşahidəçi ölkə kimi iştirak edəcəklər.

Xudafein.eu
Türkiyə, “Ankara Bürosu”

09:32