Terrorbaşı Mustafa Bərzani İraq hökumətinə yalvarmağa başladı

 

Qondarma “Kürdüstan” hökuməti rəsmi Bağdada müraciət edərək İraq ordusunun daha da irəliləməsini əngəlləməyə çalışır

İraqın etnik bölücü “Kürdüstan” bölgə hökuməti Bağdadın mərkəzi hökumətinə müraciət edərək, tərəflər arasında zorakılığa son qoymaq məqsədilə müstəqillik referendumunun nəticələrinin dondurulmasını və danışıqlara başlanması uçun yalvarış dolu müraciət edib.  

 “Kürdüstan hökuməti” adı altında sadəcə terror siyasəti aparan peşmərgə dəstələrinin adından irəli sürülən bu təklif baş nazir Heydər Əl-Abadi hökumətinin kürdlərin keçirdiyi referendumu qanunsuz elan etməsindən və buna cavab olaraq İraq ordusunun kürdlərin nəzarətindəki Kərkük şəhəri və digər əraziləri ələ keçirməsindən sonra edib.

İraq dövlətinin genişmiqyaslı uğurularından sonra sonra tamamilə məğlub duruma düşən kürd etnik bölücülük hərəkatı ötən ayın 25-də saxtakarlıq edərək “Kürdüstan” dövlətinin qurulması adına keçirdiyi referendumdan bu gün nəinki imtina etmiş, hətta onun nəticələrinin dondurulması və danışıqlara başlanması təklifini irəli sürmüşdür.  Bundan əlavə kürdlərə məxsus silahlı terror peşmərgə dəstələri İraqın quzeyində bütün terror əməliyyatlarını dayandıracaqlarını bildirib. 

Qeyd edək ki, Bağdadın iradəsinə zidd olaraq sentyabrın 25-də Kürdüstanda müstəqillik referendumu keçirildi. Terror siyasəti ilə özlərinə qondarma “Kürdüstan” elan edən kürdlərin qələbəni bayram etmələrinə baxmayaraq, İraq parlamenti baş nazir Heydər Əl-Abadidən Kərkükün kürdlərin nəzarətindəki neft yataqlarının nəzarətdə saxlanması üçün bölgəyə ordu göndərilməsini istəyib. ABŞ və Türkiyə belə bir bölücü hökuməti tanımamaq haqqında qərar qəbul etdikdən sonra, İraq dövləti dərhal hərəkətə keçərək, bu saxta rejimi tamamilə çökdürmüşdür.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

12:40