Tbilisidəki televiziya qülləsi də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Mayın 28-də axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisinin əsas rəmzlərindən biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya Azərbaycanın Müstəqillik Günü ilə münasibətilə ölkəmizin Gürcüstandakı səfirliyi tərəfindən təşkil olunub.
Tele qüllə ilə yanaşı, Tbilisinin mərkəzində Kür çayının üzərindəki "Sülh körpüsü" də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Xətayi Əzizov

Xudaferin.eu

20:46