Tatarstan Prezidenti məktəblərdə tatar dilinin müdafiəsinə qalxdı

 

Tatarstan Prezidenti Rustam Minnixanov məktəblərdə tatar dilinin müdafiəsinə qalxıb.

O, prokurorluğa təhsil müəssisələri rəhbərlərini «terror»a məruz qoymamağı təklif edib. Tatarstan lideri ehtiyat edir ki, bu münaqişədən «müxalifət strukturları» istifadə edər və vəziyyət martda keçiriləcək prezident seçkilərinə mənfi təsir göstərə bilər.
Dil münaqişəsi Rusiya prezident Vladimir Putinin tapşırığı əsasında, milli dillərin tədris müəssisələrində tədrisinin könüllülüyünün yoxlanmasına başlanandan sonra meydana gəlib. Rüstəm Minnixanov hesab edir ki, Kazan bu məsələdə federal mərkəzlə «ümumi həll nöqtələri»ni tapacaq. O, həm də respublika Dövlət Şurasının deputatlarını məsələ ətrafında vəziyyəti gərginləşdirməməyə çağırıb.

Görünür ki, Kreml yenə də adəti üzrə, Rusiyanın federasiya subyektlərində milli dilləri sıxışdırmaq istiqamətində dolayı üsullardan istifadə etməyə girişib. Məlum olduğu kimi, dil varsa – millət də var, dil yoxdursa – millət də yoxdur. Onu da qeyd edək ki, Rusiya siyasətçilərindən biri açıqca söyləmişdi: «Rusiyanın çoxlu sayda Kataloniyası var…». Bu baxımdan, söyləmək olar ki, Putin artıq ölkə daxilində «yeni profilaktika»ya start verib.

Tatarstanda tatar dilinin rəsmi dil status bu dövlətin qanunları əsasında hüquqi əsaslara söykənir. Belə ki, 1991-ci ildə keçmiş Sovetlər Birliyi dağılan zaman, ayrıca Rusiya Federasiyası məsələsi gündəmə gəldi. Çünki, rəsmi Moskva da yaxşı bilir ki, federal dövlət sistemi olmazsa, 400 ilə yaxındır işğal etdiyi torpaqlar istənilən an əlindən  çıxa bilər. Ona görə də Rusiya Federasiyasında 23 milli respublika status mövcuddur.

Xudaferin.eu
Tatarstan, “Kazan Bürosu”

10:48