Tahir Budaqov: Azərbaycanın quruculuq modeli regionu işbirliyi məkanına çevirir

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri görülür. Bu ərazilərdə modern hava limanları inşa edilir və regionda yeni tərəfdaşlıq əlaqələri yaradılır.

Xudaferin.eu AZƏRTAC-a istinadə xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov noyabrın 3-də Bakıda “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda keçirilən tədbirdə çıxışında söyləyib.

Tahir Budaqov bildirib ki, bu gün regionda həyata keçirilən sülh quruculuğu diqqət mərkəzindədir. Postmünaqişə dövründə Azərbaycanın quruculuq modeli regionu işbirliyi məkanına çevirir.

“Respublikamız Cənubi Qafqazda yeni nizam və konfiqurasiya formalaşdırır. Postmünaqişə dövründə Azərbaycanın quruculuq konsepsiyası diqqət mərkəzindədir”, - deyə YAP Sədrinin müavini qeyd edib.

 

Xudaferin.eu

15:38