Tacikistan portalında Zəfər paradı haqqında məqalə yerləşdirilib

Tacikistanın “avesta.tj” portalının səhifəsində Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı haqqında məqalə yerləşdirilib.

Məqalədə bildirilir ki, Vətən müharibəsindəki qələbəyə həsr olunmuş paradda Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər.

Yazıda qeyd olunur ki, paradda şəxsi heyətin 3 mindən çox hərbçisi, 150 adda yeni hərbi texnika, həmçinin Ermənistan ordusundan hərbi qənimət kimi götürülmüş texnikanın bir hissəsi nümayiş etdirilib.

Yazıda bildirilir ki, Zəfər bayramında Azərbaycan və Türkiyə prezidentləri çıxış ediblər.

Xudaferin.eu

10:52